“Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasına dair danışıqlar davam etdirilir”.
Onews.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vayslerlə mətbuat konfransında deyib.
“Bu, hazırkı mərhələdə müzakirə olunan mövzulardan biridir. Lakin hələ ki razılaşma yoxdur və danışıqlar davam etdirilir”, - deyə Simonyan qeyd edib.
Simonyan, həmçinin regionda kommunikasiyaların açılması ilə bağlı danışıqların davam etdiyini qeyd edib.
Fuad