"Biz Ermənistanla Azərbaycan arasında həmin hissənin (Qazax-Tavuş sərhəddi) demarkasiyası prosesini başa çatdırmışıq".
Onews.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, sərhəddə dayaq məntəqəsi yaradılıb: "Sərhədin bərpası üçün gələcəkdə istifadə olunacaq bəzi prinsiplər müəyyən etmişik. Bəli, Ermənistanla Azərbaycan arasında Tavuş vilayəti və Qazax bölgəsində sərhədin müəyyənləşdirilməsi prosesinin başa çatdığını söyləmək olar"