• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

SEPAH-ın iç üzü açıldı: - Deputatdan inanılmaz FAKTLAR

Siyasət

15-01-2025, 16:10
SEPAH-ın iç üzü açıldı: - Deputatdan inanılmaz

"Əslində SEPAH-n Azərbaycana qarşı təxribatları yeni bir şey deyil və bəzi fasilələrlə hər zaman olub. Bu, bilavasitə İranın apardığı dövlət siyasəti ilə bağlıdır. Əfsuslar olsun ki, Azərbaycanın müstəqilliyi ilə barışmaq istəməyən cənub qonşumuzun hökumətyönlü mətbuat orqanları, ölkəmizi rəsmi adı ilə yox, “Bakı hökuməti”, “ Bakı respublikası” adlandırır. İsraillə əməkdaşlıqda, neft satmaqda günahlandırırlar. Eyni zamanda, Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilərə hər tərəfli dəstək verir. Təsadüfi deyil ki, Ermənistanın sabiq prezidentlərinin hər biri, “İranın dəstəyi olmasaydı, Ermənistan olmazdı” ifadəsini işlətməzdilər".

Bunu Onews.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, fakt odur ki, Ermənistana ən böyük köməyi məhz, İran göstərib:

"Özünün sanksiyalar altında və ziyanına olmasına rəğmən, bütün iqtisadi layihələrdə Ermənistana güzəştlər edən molla rejimi, Azərbaycana gəldikdə isə, 180 dərəcə fərqli siyasət aparmışdır. 2000-ci ildən bəri fəaliyyət göstərməli olan Şimal-Cənub nəqliyyat marşrutunun dəmir-yol hissəsi, İranın maneçiliyi üzündən hələ də işləmir. Əslində, bu layihənin işləməsi, İrana daha çox lazımdır. Mollaların ölkəmizə qarşı nifrəti, özlərini milyardlarla gəlirdən məhrum edir. Bütün vasitələrlə çalışırlar ki, Şimal-Cənub marşrutu Ermənistanın ərazisindən keçsin".



Deputatın fikrincə, digər bir məsələ, təhlükəsizliklə əlaqəlidir:

"44 günlük müharibədə və ondan sonra İran ərazisindən Ermənistana silah-sursat daşınması, ən yüksək səviyyəli rejim rəsmilərinin hədə-qorxu gəlməkləri, Zəngəzur dəhlizinin açılması əleyhinə bəyanatları yaddan çıxmamalıdır. Ən təhlükəlisi isə 30 il ərzində Azərbaycanda yetişdirdikləri, “hüseyniyyun”, “zəhrəyun”, “fatmaiyyun” adlı qondarma adlarla terror şəbəkəsinin yaradılmasıdır. Azərbaycanda cinayət törədib, İranda gizlənən və hər gün ölkəmizin dünyəvi dövlət quruluşunu ləğv etməyə çağıran terrorçulardır. Quma dini təhsil almaq adı ilə aparılmış və SEPAH, ETTEALAT kimi təşkilatların toruna düşmüş savadsız gənclərdir. Beyinləri yuyulmuş həmin gənclərin törətdikləri ağır cinayətlər göz qabağındadır. Dünya şöhrətli akademik Ziya Bünyadovun, yazıçı Rafiq Tağının qətlləri, deputat həmkarımız Fazil Mustafanın güllələnməsi, Gəncə hadisələri və sair... SEPAH-a bağlı yerli terrorçuların əl işidir. Çox böyük təəssüflə qeyd etmək istərdim ki, ən humanist, xeyirxah, ədalətli din olan İslam dininin cəmiyyət arasında düzgün təbliğinə nail ola bilməmişik".

Nəsib Məhəməliyev bildirib ki, ölkəmizə qarşı təhdidlərə gəldikdə, molla rejimi eyni metodlarla Livanda, Yəməndə, Fələstində, Suriyada, İraqda, Əfqanıstanda, Pakistanda terror təşkilatlarını qurub və lazım olan anda onlardan öz məqsədləri üçün istifadə edir:

"Sadaladığım ölkələrin hər biri xarabazara çevrilib və milyonlarla insan ya facilə şəkildə həlak olub, ya da öz yurdlarından didərgin düşüb. Baxın, İranın barmağı olan bir dənə də xoşbəxt, normal ölkə tapa bilərsinizmi?! Cavab ritorikdir. Təsadüfi deyil ki, İran dünyada terror dövləti kimi tanınır. Ötən il, Tehrandakı səfirliyimizə qarşı hücum təşkil olundu. Soydaşımız həlak oldu. Adekvat reaksiya verilmədi. Daha əvvəl bir neçə Avropa ölkəsində, Yaxın Şərqdə yerləşən səfirliklərimiz, İrana bağlı qüvvələr tərəfindən hücuma məruz qaldı. Məsələ ondadır ki, İran heç bir halda günahını etiraf etmir. Bütün günahları ABŞ-da, İsraildə və onlarla əməkdaşlıq edən dövlətlərdə axtarır. Ermənistan əlbəttə ki, istisna olmaqla. Məsələn, Azərbaycanı İsraildə səfirlik açmaqda, neft satmaqda ittiham edir, Ermənistan analoji addım atdıqda susur".

Millət vəkili düşünür ki, Azərbaycana qarşı düşmənçiliyin arxasında türk düşmənçiliyi ilə yanaşı, geosiyasi faktorlar dayanır:

"Maraqlısı odur ki, mollalar, ancaq müsəlman ölkələri ilə düşmənçilik edir. Bu yaxınlarda general Qasım Süleymaninin qətlə yetirilməsundən və Dəməşqdə konsulluq binasının raketlə vurulmasından sonra baş verən hadisələr bir daha göstərdi ki, İran qlobal güclərlə siyasətini uzlaşdırır. Keçmiş ABŞ prezidenti Trampın və digər yüksək ranqlı siyasətçilərin etirafları, dediklərimin sübutudur. Bütün bunlara baxmayar, Azərbaycan hər zaman qonşuluq prinsiplərinə sadiq qalmış, İranın ərazi bütövlüyü əleyhinə heç bir layihədə yer almamışdlr. Molla rejimi bir dəfəlik anlamalıdır ki, müstəqil Azərbaycandan ona ziyan gəlməz. Əməkdaşlıq hər iki ölkənin xalqlarının inkişafına, təhlükəsizliyinə xidmət edəcəkdir. Bundan ötrü İran ciddi addımlar atmalı, ənənəvi siyasətinə dəyişikliklər etməlidir. Dövlətin ali vəzifələrində kök salmış, Azərbaycan, türk düşmənçiliyini özlərinin həyat amalına çevirmiş qüvvələrdən xilas olmalıdırlar. Lakin, təəssüf ki, mən bu məsələdə o qədər də nikbin deyiləm".

Turan

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

27-05-2024, 09:27

Yeni seçiləcək prezident başa düşməlidir ki...- DEPUTAT

Siyasət

18-08-2024, 11:51

Tehran və Bakı arasındakı münasibətlər düzələcək? - ŞƏRH

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

26-10-2024, 11:27

İran terrorçu Hüseynzadənin edamını niyə gecikdirir? - DETALLAR

Siyasət

25-05-2024, 11:40

Birinci Milli Təhsil Zirvəsi BAŞ TUTDU

Siyasət

24-05-2024, 20:40

"İran üçüncü ölkələrin fitnəsi ilə hərəkət etməməlidir" - Əliyeva

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Bu gün, 15:23
    Mədəniyyətlərarası dialoqun regional sülh və təhlükəsizlikdə rolu.
  • Bu gün, 15:21
    Azərbaycan Sivilizasiyalararası dialoq körpüsü
  • 30-10-2026, 15:33
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:23
    2026-cı il oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • 29-10-2026, 14:15
    Milli birliyin möhkəmləndirilməsi informasiya mühitində sağlam düşüncədən başlayır
  • 29-10-2026, 14:13
    Bakı Forumu beynəlxalq əməkdaşlığın və sülh naminə dialoqun inkişafına töhfə verir
  • 29-10-2026, 14:06
    Multikultural dəyərlər Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin əsasını təşkil edir
  • 29-10-2026, 14:03
    Mədəniyyətlərarası dialoq – ortaq gələcəyin və qarşılıqlı anlaşmanın əsası
  • 29-10-2026, 14:01
    Ortaq gələcək naminə dialoq Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı:
  • 28-10-2026, 15:01
    Dialoq yalnız söz deyil, ortaq gələcəyə məsuliyyətdir
  • 21-10-2026, 22:24
    Hər qarış torpağımız Azərbaycanın ayrılmaz parçasıdır!
  • 21-10-2026, 22:23
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 21-10-2026, 16:20
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Dirçəlişin Təntənəsi
  • 21-10-2026, 16:12
    ZƏFƏRDƏN YENİ STRATEGİK HƏDƏFLƏRƏ: YAP-IN VIII QURULTAYI VƏ AZƏRBAYCANIN GƏLƏCƏK İNKIŞAF VİZYONU
  • 21-10-2026, 15:41
    25 oktyabr – Qubadlı şəhəri günü: Zəfərin və Böyük Qayıdışın parlaq səhifəsi
  • 21-10-2026, 15:33
    Qubadlının azadlığı və dirçəlişi – Böyük Qayıdışın yeni mərhələsi
  • 21-10-2026, 15:26
    25 oktyabr – Qubadlı Şəhəri Günü: milli birlik və dövlətçilik qətiyyətinin təntənəsi
  • 21-10-2026, 15:24
    27 ildən sonra zəfərin yaşandığı gün: 25 oktyabr "Qubadlı Şəhəri Günü"dür.
  • 21-10-2026, 15:22
    Qubadlı Şəhəri Günü – tarixi Zəfərin və milli qürurun təntənəsi
  • 21-10-2026, 15:17
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Qayıdışın, Dirçəlişin və Ümidin Ünvanı
  • 21-10-2026, 15:14
    25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərin və Qayıdışın Təntənəsi
  • 21-10-2026, 14:53
    Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir
  • 21-10-2026, 14:47
    Bakı Zirvəsi Azərbaycanın beynəlxalq nüfuzunun və sülhə əsaslanan siyasətinin növbəti təzahürüdür
  • 20-10-2026, 17:04
    27 illik qaranlığın süquta uğradığı gün: 25 oktyabr Qubadlı Şəhəri Günüdür
  • 20-10-2026, 16:37
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi yaddaşdan gələcəyə uzanan yol
  • 20-10-2026, 16:31
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərini əks etdirir
  • 20-10-2026, 16:27
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi
  • 20-10-2026, 16:24
    prezident ilham əliyevin aqem-in 7-ci zirvə görüşündə çıxışı: azərbaycanın regional və beynəlxalq siyasətinin strateji prioritetləri
  • 20-10-2026, 16:11
    AQEM-in Bakı Zirvə Görüşü: Regional təhlükəsizlik və beynəlxalq hüququn əhəmiyyəti
  • 20-10-2026, 16:07
    Zəngilanın dirçəlişi – Böyük Qayıdışın və milli həmrəyliyin təcəssümü
  • 20-10-2026, 14:37
    Qayıdışın, qürurun və dirçəlişin ünvanı
  • 20-10-2026, 14:32
    ZƏNGİLAN: QƏHRƏMANLIQ TARİXİNDƏN İNKIŞAF ÜFÜQLƏRİNƏ
  • 20-10-2026, 14:29
    Zəngilan şəhəri günü: Altı il sonra 20 oktyabr tarixinə fərqli baxış
  • 19-10-2026, 15:48
    Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı: Azərbaycanın beynəlxalq əməkdaşlıq və sülh təşəbbüsləri
  • 19-10-2026, 15:36
    20 Oktyabr – Zəngilan Şəhəri Günü: Tarixi Zəfərdən Böyük Qayıdışa
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə