Məşhəddəki Əfqanıstan konsulluğunda iranlı fotoqrafa işgəncə edilib.
Onews.az-ın məlumatına görə, bu barədə “Əsr-e İran” saytı xəbər verir.
Yayılan informasiyalara görə, Taliban hökumətinin diplomatı iranlı fotoqrafı Məşhəd şəhərindəki Əfqanıstan konsulluğuna sürüyərək orada işgəncə verib.
Bununla bağlı, rəsmi “İslam Respublikası” qəzeti “İranda Talibanın başının kəsilməsi” başlıqlı məqaləsində yazıb ki, işgəncəyə məruz qalan şəxsin şikayəti ilə həmin diplomat İrandan qovulub və onun yerinə Taliban tərəfindən başqa bir diplomat göndərilib.
Sözügedən qəzet iranlı fotoqrafın kimliyini açıqlamayıb, ancaq Taliban rəsmisinin Səlim adlı şəxs olduğunu bildirib.
Türkay
#İran #Əfqanıstan #fotoqraf #işgəncə