• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

COP29-un gözlənilməz qonağı: Talibanı Bakıya gətirən hansı səbəblərdir?

Siyasət

16-11-2024, 13:16
COP29-un gözlənilməz qonağı: Talibanı Bakıya gətirən hansı səbəblərdir?

Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxi deyib ki, Taliban nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.

Əfqanıstan bir çox ölkələr üçün qeyri-sabit, riskli və radikal qrupların fəaliyyət göstərdiyi ölkə kimi görülsə də Azərbaycan üçün mühüm strateji bir ölkədir. Xüsusilə qeyd etmək lazımdır ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 21-də ilk tanıyan dövlətlərdəndir. 1994-cü ildən ölkələr arasında diplomatik münasibətlər mövcuddur. 2012-ci ildən Bakıda Əfqanıstanın səfirliyi fəaliyyət göstərir.

Azərbaycanın uzun müddət Əfqanıstanda səfirliyi olmayıb. Türkmənistandakı səfirimiz həm də Əfqanıstanda səfir vəzifəsini yerinə yetirib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı missiyası NATO qüvvələrinin tərkibində 2002-ci il noyabrın 20-dən Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəaliyyətə başlayıb. Azərbaycanın 120 nəfərlik sülhməramlıları Türkiyə sülhməramlılarının tərkibində Kabil şəhərində yerləşən Beynəlxalq Hava Limanını qoruyub. Digər mühüm məqam isə Azərbaycan sülhməramlıları Türkiyə sülhməramlıları ilə birlikdə Əfqanıstanı sonuncu NATO qüvvəsi olaraq 26 avqust 2021-ci ildə tərk edib.

Əslində 15 avqust 2021-ci ilə qədər iki ölkə arasında münasibətlər ən üst səviyyədə idi. Prezident Əşrəf Qəninin hakimiyyəti Taliban hərəkatına təhvil verməsi fonunda münasibətlərdə müəyyən qırılmalar yaşandı. Digər ölkələr kimi rəsmi Bakı da Taliban rejimi ilə necə bir xarici siyasət izləyəcəyini müəyyən etməyə çalışırdı. Bu mənada Taliban nümayəndə heyətinin COP29-a qatılacaq olması müsbət hadisə kimi dəyərləndirilir.
Aydın məsələdir ki, Taliban Əfqanıstanda real qüvvədir və bu qüvvəni tanımamaqdansa milli və regional maraqlar əsas alınaraq əməkdaşlığa başlamaq, təmaslar qurmaq mühümdür. Taliban nümayəndələrinin Bakıya gəlməsi iki ölkə münasibətlərində yaranan soyuqluğun aradan qalxması, tərəflərin bir-birini daha yaxşı tanımaq imkanları yarada bilər.

Taliban rejiminin Bakıdakı COP29 tədbirinə qatılması da səbəbsiz deyil:

Birincisi, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirsə də, ölkə hazırda beynəlxalq aləm tərəfindən təcrid edilib. Xüsusilə Qərb və bir çox islam ölkəsi Talibanın Əfqanıstandakı hakimiyyətini tanımır. Bu mənada Taliban COP29-a qatılaraq Əfqanıstandakı real hakimiyyət olduğunu sübut etmək və tanıtmaq istəyir.

İkincisi, Talibanın Əfqanıstandakı hakimiyyəti ələ keçirməsi dünya ictimaiyyəti qədər özləri üçün də ani oldu. Hələ də ölkəni idarə etməkdə ciddi çətinlik çəkirlər. Xüsusilə xarici investisiya və iri şirkətlər ölkəni tərk etdiyi üçün ciddi maliyyə böhranı yaşanır. Bu vəziyyətdən çıxmaq üçün Taliban COP29-u fürsət kimi görür.

Üçüncüsü, Taliban Azərbaycanla münasibətləri normallaşdırmaq, əvvəlki səviyyəyə qaytarmaq istəyir. Rejim başa düşür ki, Bakı Qərbdə ciddi nüfuza sahib müsəlman ölkələrdəndir. Yəni Azərbaycanla münasibətlərin normallaşması həm də Talibana Qərbin qapılarını aça bilər.

Politoloq Turan Rzayev
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

28-05-2024, 11:04

Deputat Jalə Əhmədova: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət

2-08-2024, 13:24

Bayden-Tramp "savaşı": Çin, Rusiya-Ukrayna, Yaxın Şərq və Cənubi Qafqaz səhnəsi - TƏHLİL

Siyasət / Gündəm

19-09-2024, 12:04

COP 29: Bakıda qlobal iqlim fəaliyyəti üçün həlledici an...

Siyasət

24-05-2024, 13:39

Əliyev-Rəhmon görüşünün PƏRDƏARXASI: Azərbaycan bu ölkə üçün nələr edə bilər?

Siyasət

27-06-2024, 15:00

Silahlı Qüvvələr Günü Tbilisidə qeyd edildi

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 13:01
    Ruhun dövrdəki mənəvi çöküşü - Tural İbrahimov YAZIR
  • 13-08-2026, 16:02
    Naxçıvanın yeni inkişaf səhifəsi: Gənclərin gözü ilə parlaq sabahımız
  • 13-08-2026, 15:18
    Naxçıvan: uzaqgörən siyasətin və davamlı inkişafın diyarı
  • 13-08-2026, 14:39
    Naxçıvanın davamlı inkişafı və güclənən strateji əhəmiyyəti
  • 13-08-2026, 14:29
    Naxçıvanın Avrasiya nəqliyyat xəritəsində mövqeyi möhkəmlənir
  • 13-08-2026, 14:24
    Prezident İlham Əliyevin Naxçıvana səfəri və Naxçıvanın inkişaf perspektivləri
  • 10-08-2026, 16:48
    COO platformasına “Startap” şəhadətnaməsi verilib
  • 6-08-2026, 03:35
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 5-08-2026, 19:13
    Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının artırılması: iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsi
  • 3-08-2026, 22:45
    Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələdir
  • 2-08-2026, 18:49
    Strateji müttəfiqlik Azərbaycan–Qırğızıstan əlaqələrini gücləndirir
  • 2-08-2026, 15:17
    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni inkişaf mərhələsi
  • 2-08-2026, 15:10
    Azərbaycan–Qırğızıstan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa doğru
  • 1-08-2026, 19:18
    Qardaş ölkəyə səfər, yeni hədəflər: Azərbaycan–Qırğızıstan münasibətlərində növbəti güclü dönəm
  • 1-08-2026, 18:48
    Azərbaycan Orta Asiyaya da günəş kimi doğur
  • 1-08-2026, 15:20
    Azərbaycan Dilinin Zəfəri-Milli Birliyimizin Rəmzi
  • 30-07-2026, 22:15
    Dilimiz varlığımızdır. Dilimiz kimliyimizdir. Dilimiz Vətənimizin səsidir.
  • 30-07-2026, 16:40
    1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
  • 30-07-2026, 16:15
    1 Avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü
  • 30-07-2026, 16:12
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Ana dilimiz milli kimliyimizin və dövlətçiliyimizin əbədi təməlidir
  • 29-07-2026, 17:30
    Azərbaycan dili-milli birliyimizin və dövlətçiliyimizin təməlidir
  • 29-07-2026, 16:18
    1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli - Mənəvi Kimliyimizin Sütunu – Azərbaycan Dilinə Dövlət Qayğısının
  • 29-07-2026, 15:49
    Azərbaycan dilinin və əlifbasının dünəni, bugünü və gələcəyi.
  • 29-07-2026, 15:30
    Azərbaycan dili milli birliyimizin və mənəvi irsimizin təməlidir
  • 29-07-2026, 15:13
    Ana dilimiz milli varlığımızın ifadəsidir
  • 29-07-2026, 15:08
    Ana dilimizə hörmət - gələcəyimizə qoyulan ən dəyərli töhfə
  • 28-07-2026, 23:22
    Əlifba – Millətin Yaddaşı Dilin Gücü və Müstəqilliyin Rəmzi
  • 28-07-2026, 20:32
    1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili: Milli kimliyimizin ən dəyərli xəzinəsi
  • 28-07-2026, 14:41
    Görünməz Dünyanın Qəzəbi: Bakteriyalar və İnsan Enerjisi...
  • 24-07-2026, 15:34
    Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq və regional əməkdaşlıq perspektivləri
  • 24-07-2026, 15:34
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 23-07-2026, 22:54
    Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: Dayanıqlı inkişaf və maliyyə sabitliyinə aparan yol
  • 23-07-2026, 22:52
    Azərbaycan – Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi: Berlin səfərinin siyasi və iqtisadi əhəmiyyəti
  • 23-07-2026, 22:50
    22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 23-07-2026, 22:46
    Azərbaycanın yüksələn nüfuzu Berlin görüşündə təsdiqini tapdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə