• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

COP 29: Bakıda qlobal iqlim fəaliyyəti üçün həlledici an...

Siyasət / Gündəm

19-09-2024, 12:04


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına hazırlıqlar davam edərkən, dünya miqyasında atılacaq addımların əhəmiyyəti hər zamankindən daha vacibdir. 2024-cü ildə Azərbaycan paytaxtı Bakıda baş tutacaq COP29, iqlim dəyişikliyinə qarşı qlobal səylərin gücləndirilməsi üçün kritik bir fürsət olacaq.

Bakı şəhərinin ev sahibliyinin simvolik əhəmiyyəti danılmaz faktdır.

Tarixən neft və qaz hasilatı ilə tanınan Bakı, COP29-a ev sahibliyi etməklə simvolik bir rol oynayır. Azərbaycan, enerji ixracatçısı kimi mövqeyini saxlayaraq, eyni zamanda bərpa olunan enerji və davamlı inkişaf sahələrinə daha çox diqqət ayırır. COP29-un Bakıda keçirilməsi, ənənəvi enerji istehsal edən bölgələrin yaşıl gələcəyə yönəlməsi zərurətini vurğulayır.

COP29-un əsas müzakirə mövzusuda beynəlxalq aləmin rəsmi Bakıya göstərdiyi diqqətin göstəricisidir. Belə ki, 2015-ci ildə imzalanmış Paris Razılaşması beynəlxalq iqlim fəaliyyəti üçün əsas çərçivə olaraq qalır. Lakin, hazırkı Milli Təyin Edilmiş Töhfələrin (NDC) qlobal temperatur artımını sənayeləşmədən əvvəlki səviyyədən 1,5°C-yə qədər məhdudlaşdırmaq üçün kifayət etmədiyi düşünülür.

COP29, ölkələrin NDC-lərini necə artıracağını və daha konkret, ölçülə bilən tədbirləri necə həyata keçirəcəyini müzakirə edəcək. İkinci əsas məsələ isə İnkişaf etməkdə olan ölkələr üçün maliyyə təminatı iqlim dəyişikliyinə qarşı effektiv mübarizədə əsas maneələrdən biridir.

COP29-da inkişaf etmiş ölkələrin illik 100 milyard dollarlıq iqlim maliyyələşdirilməsi öhdəliyinin yerinə yetirilməsi və ictimai-özəl tərəfdaşlıqlar kimi yenilikçi maliyyələşdirmə modellərinin araşdırılması müzakirə mövzusu olacaq.

Bakının enerji tarixi nəzərə alınaraq, qlobal enerjiyə keçidi ilə bağlı müzakirələr əsas məsələlərdən biri olacaq. Azərbaycan, külək və günəş enerjisi kimi bərpa olunan enerji mənbələrinə yönəlməklə, iqtisadi artımı ekoloji məsuliyyətlə balanslaşdıran strategiyalarını nümayiş etdirmək üçün yaxşı mövqedədir.

COP29 un ölkəmiz üçün müsbət tərəfləri isə saymaqla bitməz. Bu cür böyük bir tədbirə ev sahibliyi təbii ki, Azərbaycanın beynəlxalq nüfuzu və iqlim dəyişikliklərinə qarşı qlobal səylərdəki rolu üçün əhəmiyyətli bir fürsət olacaq.



COP29, ölkəyə beynəlxalq maliyyə institutları və investisiya fondlarının diqqətini cəlb edə bilər. Xüsusilə bərpa olunan enerji, yaşıl texnologiyalar və ekoloji infrastruktur sahələrində investisiyaların artmasına şərait yaranacaq. Azərbaycan, külək və günəş enerjisi kimi layihələrə sərmayələri artıraraq, iqtisadiyyatını şaxələndirə və enerji keçidində daha önəmli addımlar ata bilər.

Düşünürəm ki, COP29 kimi dünya nüfuzlü tədbirin keçirilməsi Azərbaycan diplomatiya tarixinin kluminasiya nöqtəsidir. Hətta biz Bakıdan bütün dünyaya 30 illik işğal dövründə Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarda ekoloji həyata vurduğu ziyanı, daha yaxşı çatdıra, dünyanın diqqətini Qarabağa daha effektiv cəlb edə bilərik. Bu müsbət töhfələr COP29-un ölkəmizə həm iqtisadi, həm də ekoloji sahədə böyük faydalar gətirəcəyini göstərir. Azərbaycan, bu fürsətdən istifadə edərək qlobal iqlim səylərində liderlik edə və dayanıqlı gələcək üçün mühüm addımlar ata bilər.

Elgün Rüstəmlilər
Politoloq

Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Təhsil

23-10-2024, 10:08

“Huawei” bu tarixdə yeni inqilab edəcək

Gündəm

14-11-2024, 11:17

COP tarixində ilk dəfə "Rəqəmsallaşma Günü" keçiriləcək

Siyasət

20-06-2024, 17:09

YAP-dan təşəbbüs: Parlament BURAXILIR

Siyasət

21-10-2024, 13:46

Azərbaycanda bu iş yerlərinin yaradılmasına yaşıl işıq yandırılacaqmı?

Siyasət

2-08-2024, 13:24

Bayden-Tramp "savaşı": Çin, Rusiya-Ukrayna, Yaxın Şərq və Cənubi Qafqaz səhnəsi - TƏHLİL

Siyasət

5-06-2026, 20:05

Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 12:26
    Azad Füzuli – Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsi
  • Dünən, 12:14
    17 Oktyabr – Füzuli Şəhəri Günü: Tarixi Zəfərdən dirçəlişə doğru
  • 15-10-2026, 16:12
    Azərbaycan-Laos: ənənəvi dostluqdan əməkdaşlığa
  • 15-10-2026, 16:09
    17 Oktyabr – Füzuli şəhəri günü
  • 15-10-2026, 15:38
    17 Oktyabr – Füzulinin dirçəlişə açılan yolu
  • 14-10-2026, 17:42
    Vahid məktəbli forması — təhsil intizamının və bərabərliyin göstəricisi
  • 14-10-2026, 17:37
    HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA YERİ: GƏNCLİYİN MİLLİ MƏSULİYYƏTİ
  • 14-10-2026, 17:08
    Məktəblərdə vahid geyim formasının tətbiqi: bərabərlik, nizam-intizam və sağlam təhsil mühitinin təmin olunması
  • 14-10-2026, 17:05
    YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib
  • 14-10-2026, 16:57
    MƏKTƏBDƏ VAHİD DƏYƏRLƏRİN VİZUAL İFADƏSİ: İDEOLOJİ TƏHLÜKƏSİZLİK VƏ SOSİAL BƏRABƏRLİK KONTEKSTİNDƏ
  • 14-10-2026, 16:52
    İdeoloji təhlükəsizlik və milli maraqlar: Müasir çağırışlar fonunda gəncliyin rolu
  • 14-10-2026, 16:48
    Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • 14-10-2026, 16:43
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:38
    YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:29
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
  • 14-10-2026, 16:23
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 13-10-2026, 18:22
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 13-10-2026, 18:21
    AZƏRBAYCANIN SABAHINA APARAN YOL
  • 13-10-2026, 16:45
    Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Kamboca ilə əməkdaşlığın əhəmiyyəti
  • 13-10-2026, 16:41
    Təhsildə vahid yanaşma və sağlam məktəb mühiti dövlətçilik dəyərlərinin tərkib hissəsidir
  • 13-10-2026, 16:30
    Məktəbli geyimi – təhsil mühitində vahidlik, nizam-intizam və milli dəyərlərin ifadəsi
  • 13-10-2026, 16:17
    Azərbaycan–Kamboca münasibətləri: əməkdaşlığın yeni istiqamətləri və inkişaf perspektivləri
  • 13-10-2026, 16:11
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 16:06
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 15:53
    Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər yaradır
  • 13-10-2026, 15:48
    “Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev
  • 13-10-2026, 15:39
    İdeoloji təhlükəsizlik milli dövlətçiliyimizin və gələcəyimizin əsas təminatıdır
  • 13-10-2026, 15:36
    Milli-mənəvi dəyərlərin yaşadılması və qorunması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindəndir
  • 13-10-2026, 15:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Güclü dövlət, milli birlik və davamlı inkişafın siyasi təminatı
  • 13-10-2026, 15:14
    Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
  • 13-10-2026, 15:07
    Məktəb mühitində vahid geyim mədəniyyəti və məsuliyyət prinsipləri
  • 13-10-2026, 14:54
    Strateji prioritetlər Azərbaycanın qarşısındakı hədəfləri daha aydın göstərir
  • 13-10-2026, 14:44
    Vahid məktəbli formasının üstünlükləri nələrdir?
  • 13-10-2026, 14:40
    Azərbaycan-Kamboca münasibətləri: Yeni inkişaf mərhələsində bizi nələr gözləyir?
  • 13-10-2026, 14:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Yeni dövrün çağırışları və tarixi missiyası.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə