Livan və “Hizbullah” ABŞ-ın atəşi dayandırmaq təklifi ilə razılaşıb.
Onews.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata əsasən, Parlament sədri Nəbih Berrinin köməkçisi Əli Həsən Xəlil bildirib ki, Livan bazar ertəsi ABŞ-ın Livandakı səfirinə yazılı cavab təqdim edib:
“Livan sənədlə bağlı izahatlarını müsbət atmosferdə təqdim edib. Təqdim etdiyimiz bütün qeydlər BMT-nin 1701 saylı qətnaməsinin bütün müddəaları ilə dəqiq yerinə yetirildiyini təsdiqləyir”, - deyə Əli Həsən Xəlil qeyd edib.
Qeyd edək ki, sözügedən qətnamə BMT tərəfindən 2006-cı ildə qəbul edilib və İsrail və Hizbullah arasında müharibəni dayandırmağı nəzərdə tutur. Qətnamənin şərtləri Hizbullahın Livan-İsrail sərhədi ilə Litan çayı arasında heç bir qoşununun olmasını tələb edir.
Məlumata əsasən, İsrail hələlik sözügedən məsələyə münasibət bildirməyib.
Fuad