Polis Gürcüstanın paytaxtı Tbilisidə, Melikişvili prospektində keçirilən itaətsizlik aksiyasını dağıdıb.
Onews.az xəbər verir ki, hadisə zamanı bir neçə şəxs saxlanılıb.
Mövcud məlumata görə, mitinq iştirakçıları inzibati xətalara görə, xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə saxlanılıblar.
Qeyd edək ki, səhər saatlarında Polis su şırnağından və gözyaşardıcı qazdan istifadə edərək, aksiyanı dağıdıb və ərazidə qurulan çadırları söküb.
Elgiz