Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.
Onews.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
O bildirib ki, müxalifət nümayəndələri ilə heç bir danışıq olmayacaq, əksinə müxalifət partiyaları konstitusiyaya zidd elan edilə bilər:
“Biz seçkilərdən əvvəl siyasi partiyaların konstitusiyaya zidd elan edilməsindən danışırdıq, bunu konstitusiya çoxluğunun əldə olunması ilə əlaqələndirirdik, lakin proseslər bu insanları elə aparır ki, hətta seçkilər olmadan belə bu prosesə başlamaq olar. Bu günlərdə onlar açıq şəkildə digər məsələlərlə yanaşı, siyasi partiyanın konstitusiyaya zidd elan edilməsinə birbaşa əsas verən Gürcüstanın konstitusiya quruluşuna qarşı çıxdılar. Qalan, proseslərin necə davam edəcəyini gözləyək, hər şey öz əlimizdədir” - deyə İrakli Kobaxidze bildirib.
Elgiz