Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Marneulidə hökumətin qərarına qarşı "Gəlin, ölkənin çağırışlarına birlikdə cavab verək" adlı etiraz aksiyası elan edilib.
Onews.az xəbər verir ki, bu barədə “Mülki İştirak və Aktivizm Mərkəzi”nin rəhbəri Rəşan Ziyadəliyev sosial media hesabında məlumat paylaşıb.
O bildirib ki, aksiya Seçki Komissiyası binasının önündə saat 15:00-da baş tutacaq.
Rəşan Ziyadəliyev Marneuli sakinlərini də dinc etiraz aksiyasına qoşulmağa çağırıb:
Gəlin ölkənin çağırışlarına birlikdə cavab verək! Dinc etiraza qoşulun! Marneulidə, Seçki Komissiyası binasının yanında 4 dekabr, saat 15:00-da Azadlığın və ədalətin yanında olaq! Səsimiz mühümdür - gəlin birlikdə dəyişiklik edə biləcəyimizi göstərək! Həmfikirlər, sizi gözləyirik!".
Elgiz