Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də Aİ-yə üzvlük prosesinin dayanadırılması bəyanatı ilə bağlı ictimai müzakirə aparmağa hazır olduğunu bildirib.
Onews.az xəbər verir ki, bəyanat hökumətin rəsmi “Facebook” səhifəsində dərc olunub.
Məlumatda deyilir: “İctimaiyyətə məlum olduğu kimi, noyabrın 28-də komandamızın verdiyi açıqlamaya etiraz edən insanlarla ictimai müzakirəyə hazır olduğumuzu dəfələrlə bildirmişik. Artıq bir neçə keçmiş və indiki siyasətçi belə bir ictimai müzakirədə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Biz təklif edirik ki, onlar sabah on nəfərlə birgə canlı yayım formatında ictimai müzakirə keçirmək üçün Gürcüstan hökumətinin administrasiyasının binasına gəlsinlər".
Elgiz