Bakıda 10 yaşlı uşaq itkin düşüb.
Onews.az-ın məlumatına görə, fevralın 10-u Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi ünvanında yaşayan 14.06.2015 təvəllüdlü Sadiq Məcidov yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.
O, daha sonra geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, itkin düşmə kimi axtarışa elan edilmiş azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.