• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

“Ölüm kağızı”nda yazılanları oxuduqdan sonra ürəyi dayandı... - Tural Turan YAZIR

Araşdırma

26-01-2026, 15:30
“Ölüm kağızı”nda yazılanları oxuduqdan sonra ürəyi dayandı... -

Onews.az yazıçı Tural Turanın "Bir cümləlik hekayələr"ini təqdim edir:

***
Yuxarı məhəllədəki qonşumuz Vazgen əmi o günə qədər kəndimizdə görmədiyim adamlarla evimizə girib qundaqdakı iyirmi beş günlük qardaşım Türkaya üç-dörd güllə vurduqdan sonra qonaq otağımızdakı kökdən düşmüş pianomuzu dınqıldatdı və oynamağım üçün mənə beş rubl verdi...
26 fevral 2019, Bakı

***
Dişlərinin demək olar ki, hamısı tökülmüş qoca zibil qutusundakı bütün qurumuş çörək qırıntılarını qoxladıqdan sonra sellofan torbasına yığırdı...
20 sentyabr 2020, Binəqədi

***
Üç gün öncə əsirlikdə görüntüləri yayılan iyirmi yaşlı sərhədçinin bütün ailə üzvləri dünən gecə terrorçular tərəfindən öldürüldü...
4 aprel 2020, Ağlavaşlı

***
Qırx səkkiz saat idi ki, cəbhədən sağ-salamat qayıtdığına inanmırdı, poçtalyonun ötən gün gətirdiyi “ölüm kağızı”nda yazılanları oxuduqdan sonra ürəyi dayandı...
22 avqust 2020, Bakı


***
Həmin gecə Tanrıdan aldığım ekskluziv müsahibə bir gün sonra rəsmi dövlət qəzetlərinin ilk səhifəsində yayımlanmışdı...
3 mart 2023, Bakı

***
Anası dünyasını dəyişən gün iyirmi üç il əvvəl müharibədə itkin düşən əsgərin paltarlarını da qəbirə qoyub dəfn elədilər...
[/i]30 oktyabr 2016, Bakı

***
Otuz ildən sonra darvazamızın açarlarını götürüb işğaldan azad edilən kəndimizə yollansam da, nə qalaqapımızı, nə də evimizi görə bildim...
[i]28 noyabr 2020, Bakı


***
Atam ilk dəfə oğlu dünyaya gələndə rüşvətlə tanış olmuşdu...
23 iyul 2021, Ağlavaşlı

***
Qəbristanlığın girişindən tapdığı 20 manatlıq əskinasın üzərində fəhlə atasının telefon nömrəsi yazılmışdı...
9 iyul 2022, Qazax

***
O, hər dəfə dörd yaşlı qızı soruşanda ayaqlarını və çəkmələrini səngərdə unutduğunu deyirdi...
11 avqust 2019, Ağlavaşlı

***
Dostum sevgi haqqında dünyanın ən gözəl şeirini yazanda “xərçəng”in onu məğlub etməsinə cəmi 10 dəqiqə qalırdı...
8 fevral 2024, Bakı

***
Beli əyilmiş tənha palıd ağacı bozqır çölün ortasında kölgəsinə söykənib kimisə gözləyirdi...
18 iyul 2024, Bakı

***
On yeddi yaşlı iki uşaq anası evlərinin qarşısındakı məscidin önündə dilənirdi...
22 iyun 2024-cü il, Bakı

***
Ağac kölgəsinin altındakı iki yanaşı məzar günəşi görmək üçün bir-biri ilə savaşırdı...
23 iyun 2024-cü il, İçərişəhər

***
Ayılanda hər iki ayağının əllərindən iki-üç metr aralıda olduğunu gördü...
26 iyul 2021-ci il, Şəmkir

***
Ata on səkkiz yaşlı oğlunu qəbrə qoymamışdan öncə övladının uyuyacağı yeri isitmək üçün birinci özü balasının sonuncu yatağına uzandı...
27 iyul 2021-ci il, Şəmkir

Tural Turan
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Biznes

20-06-2024, 21:09

Axtarışda olan 11 nəfər itkin tapıldı

Siyasət / Araşdırma

26-10-2024, 15:23

Anamın vəsiyyəti - Tural Turandan YENİ HEKAYƏ

Araşdırma

9-01-2025, 11:05

Alman mətbəxinin sirrli üzü: 1500-dən artıq kolbasa və sosisi...

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Siyasət / Araşdırma

27-09-2024, 08:51

"27 sentyabr - montajsız rekviyem" - Tural Turanın ŞEİRİ

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Neftimiz bu gün neçəyə satılır?
15-09-2025, 13:20
Neftimiz bu gün neçəyə satılır?
Son xəbərlər
  • 20-07-2026, 17:27
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 20-07-2026, 17:23
    Dövlətçilik və medianın strateji birliyi
  • 20-07-2026, 17:21
    Milli Mətbuat Günü – Həqiqətin işığında keçilən yol
  • 20-07-2026, 17:19
    22 İyul – Milli Mətbuat Günü: Güclü dövlətin inkişafında məsuliyyətli medianın rolu
  • 20-07-2026, 17:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • 20-07-2026, 17:15
    Cənubi Qafqazda uzunmüddətli barışığın formalaşdırılması Azərbaycan xarici siyasətinin mərkəzi hədəfidir
  • 20-07-2026, 17:13
    Milli mətbuatımız: 150 illik bir yolun məsuliyyəti və gələcəyə baxış
  • 20-07-2026, 17:11
    Slovakiya – Azərbaycan əlaqələri: Qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələsi
  • 20-07-2026, 17:04
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
  • 19-07-2026, 20:17
    22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
  • 19-07-2026, 20:15
    Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm addım
  • 17-07-2026, 20:45
    Azərbaycan–Slovakiya münasibətləri: etibarlı tərəfdaşlıq iqtisadi əməkdaşlığa yeni imkanlar yaradır
  • 17-07-2026, 20:39
    Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ: Qarabağda qurulan körpülər və gələcəyə baxış
  • 17-07-2026, 20:37
    Şuşadan dünyaya verilən əsas mesaj da məhz budur:
  • 17-07-2026, 20:29
    REZİDENT İLHAM ƏLİYEVİN 14 İYUL ŞUŞA BƏYANATINDA SLOVAKİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN YENİ MƏRHƏLƏSİ
  • 16-07-2026, 16:35
    Ölkə başçısı Şuşadan bütün dünyaya hansı mesajları çatdırdı?
  • 16-07-2026, 16:30
    Qarabağdan Qərbə uzanan dostluq körpüsü: Azərbaycan Slovakiya əlaqələri yeni mərhələyə qədəm qoyur
  • 16-07-2026, 10:48
    Şuşadan dünyaya verilən strateji mesajlar: cənab Prezident İlham Əliyevin IV Qlobal Media Forumundakı çıxışı yeni geosiyasi reallıqların siyasi manifesti kimi
  • 16-07-2026, 10:45
    IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın dünyaya təqdim etdiyi yeni reallıqlar
  • 15-07-2026, 14:03
    Azərbaycan-Slovakiya tərəfdaşlığı: dostluqdan strateji əməkdaşlığa
  • 15-07-2026, 13:47
    Şuşadan Avropaya uzanan strateji tərəfdaşlıq
  • 15-07-2026, 13:44
    Slovakiya–Azərbaycan münasibətlərinin inkişafı və Qarabağın bərpasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti
  • 15-07-2026, 00:22
    Şuşa Qlobal Media Forumu: Etimadın Bərpası Missiyası
  • 14-07-2026, 23:43
    IV Şuşa Qlobal Media Forumu: İqtisadi sabitliyin görünən və görünməyən tərəfləri
  • 14-07-2026, 23:31
    IV Şuşa Qlobal Media Forumu – Azərbaycanın qlobal informasiya məkanında artan nüfuzu və Prezident İlham Əliyevin mühüm mesajları
  • 14-07-2026, 23:27
    IV Şuşa Qlobal Media Forumu Azərbaycanın yaxın onilliklər üçün xarici siyasət fəlsəfəsinin konseptual xəritəsidir
  • 14-07-2026, 23:24
    Şuşadan yüksələn diplomatiya
  • 14-07-2026, 23:19
    IV Şuşa Qlobal Media Forumu – Həqiqətin səsi, sülhün və etimadın gücləndirilməsi naminə mühüm platforma
  • 14-07-2026, 23:11
    IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin mesajlarında sülh, enerji təhlükəsizliyi və informasiya mühiti ön planda
  • 14-07-2026, 23:02
    Şuşa Qlobal Media Forumu: Həqiqətin səsi, gəncliyin baxışı və medianın yeni missiyası
  • 14-07-2026, 22:58
    Azərbaycanın beynəlxalq nüfuz davamlı şəkildə güclənir
  • 14-07-2026, 22:54
    V Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin çıxışında Azərbaycanın qlobal baxışı
  • 14-07-2026, 22:50
    14 iyul: Yüksəlişin başlanğıcı, arxalardan ön sıralara sürətli sıçrayış
  • 14-07-2026, 22:47
    IV Şuşa Qlobal Media Forumu: Sülhə və Həqiqətə aparan yol
  • 7-07-2026, 23:17
    Cənubi Qafqazın yeni geosiyasi reallığı: Bakı-Brüssel tərəfdaşlığında strateji dönüş nöqtəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə