Gürcüstanın"Sarpi" gömrük-keçid məntəqəsi vasitəsilə Türkiyədən Gürcüstana 464 qramadək bəyan edilməmiş qızıl-zinət əşyasının keçirilməsinin qarşısı alınıb.
Onews.az-ın Tbilisi bürosu xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bildirilir ki, xarici ölkə vətəndaşının fiziki müayinəsi zamanı paltosunun içinə gizlədilmiş 464 qramadək bəyan edilməmiş qızıl-ziynət əşyası aşkarlanıb və müsadirə edilib.
Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 55 654,72 lari təşkil edir.
Faktla bağlı digər detalların dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Elgiz