Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb.
Onews.az Ermənistan mediasına istinadən xəbər verir ki, İrəvan-Meğri avtomobil yolunun Tiqranaşen (Kərki) hissəsi, eyni zamanda, İrəvan-Sevan avtomagistralının Martunidən keçən hissəsi bloklanıb.
Bundan başqa Şirak vilayətində vətəndaşlar İrəvan-Gümrü avtomobil yolunu keçilməz vəziyyətə salıblar.
Baqrataşendə Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi də iflic vəziyyətə düşüb.
Fuad