Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası üzrə razılaşmaya etiraz əlaməti olaraq bir qrup şəxs İrəvan-Sevan yolunun Razdan rayonu ərazisindən keçən hissəsini bağlayıb.
Onews.az[/b] xəbər verir ki, onlara parlamentin “Ermənistan” blokundan olan deputatları Artur Xaçatryan və Arman Kazaryan da qoşulub.
Etirazçılarla polis arasında mübahisə yaranıb.
Bir neçə nəfər saxlanılaraq yaxınlıqdakı polis bölməsinə aparılıb.
Saxlanılanlar arasında deputatların da olduğu vurğulanır.
Rauf