Türkiyənin Van şəhərinin Sağlamtaş rayonunda 4,1 maqnitudalı zəlzələ olub.
“Onews.az” xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.
Qurumun verilənlərinə əsasən, yeraltı təkanlar yerli vaxtla 22:58-də (Bakı vaxtı ilə 23:58-də) qeydə alınıb. Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Vanda yaşayan sosial şəbəkə istifadəçiləri zəlzələni hiss etdiklərini bildiriblər.
Dağıntı və tələfat barədə məlumat verilməyib.