Rusiyanın Samara şəhərində brusellyoz xəstəliyi aşkarlanıb.
Onews.az xəbər verir ki, bu barədə "Samara Online" saytı məlumat yayıb.
Bildirilib ki, Kuybışevski rayonunun sakinlərinə karantin məhdudiyyətləri barədə məlumat verilib.
Malta, Kipr və ya Cəbəllütariq qızdırması kimi də tanınan brusellyoz Brusella bakteriyasının yaratdığı təhlükəli xəstəlikdir. Bu xəstəlik insanlara az işlənmiş ət, süd və pendir kimi heyvani məhsullar vasitəsilə keçə bilər. İnfeksiya həmçinin xəstə heyvanlarla, o cümlədən qoyun, keçi, inək, it və başqaları ilə təmasdan baş verə bilər.