Yəmən sahillərində Britaniya gəmisi hücuma məruz qalıb.
Onews.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Dövlət Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.
“Dövlət Hərbi Dəniz Qüvvələri Yəmənin Hudeydə şəhərindən 48 dəniz mili cənub-qərbdə insident barədə məlumat aldı. Kapitan gəmidən xeyli aralıda partlayışın şahidi olub”, - məlumatda deyilir.
Qeyd olunur ki, ekipaj üzvlərindən heç biri xəsarət almayıb, gəminin özü isə təyinat yerinə getməyə davam edir. Departament həmçinin gəmilərə Yəmən sahillərindən keçərkən diqqətli olmağı tövsiyə edib.
Rauf