• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Onlar birbaşa sənəti ifadə etmir... - KÖŞƏ

Köşə

16-02-2025, 15:54
Onlar birbaşa sənəti ifadə etmir... -

Onews.az yazar Emil Rasimoğlunun yeni yazısını təqdim edir:

***
Klassik ədəbiyyatımızdan hazırkı çağımıza qədər uzanan ədəbi yolda ədəbiyyatın, sənətin mahiyyətinə belə demək mümkünsə, əlavə edilmiş, “qazandırılmış” (sənətin ehtivasına xas olmayan) çox yad “qatqılar”, nəsnələr, elementlər... var. Hansı ki, onlar BİRBAŞA sənəti (eləcə də sənətkarlığı!) ifadə etmir.

Məsələn, bir hadisənin, mövzunun OLDUĞU KİMİ (xammal şəklində!), ƏDƏBİ TƏFƏKKÜRDƏN EMAL OLUNMADAN nəzmə çəkilməsi sənəti, sənətkarlığı ortaya qoyurmu? Təbii ki, əsla, yox...

Bu da bir acı həqiqətdir ki, həmin zaman məsələnin nəzm hissəsi mövcud MƏTNsizliyi, sənətkarlığın olmamasını çox müstəvilərdə, düşüncələrdə necə deyərlər, “ört — bastır” edir... edib.

Çünki sənətin gerçək meyarları, mahiyyəti bütün dövr ədəbi proseslərində çox az adama bəlli olub. Daha doğrusu, çox az adam dünyagörüş baxımından o gerçək meyarlara, mahiyyətə çata bilib. Dünən də belə idi... bu gün də belədi... hələ bəlkə sabah da belə olacaq.

Fikirlərimi bir az da konkretləşdirim...

Məsələn, götürək, Səməd Vurğunun külliyatını. Ən çox nədən ibarətdir? Eləcə, müəyyən hadisələrin, proseslərin, müşahidələrin... ümumilikdə mövzuların OLDUĞU KİMİ (xammal şəklində!) nəzmə çəkilməsindən. Həm də necə nəzmə çəkilməsindən? Dediyim kimi, xammal şəklində, ədəbi təfəkkürdən emal olunmadan.

MƏHZ BU BAXIMDAN DA Səməd Vurğunun sadəcə yazmaq vərdişi, nəzm vərdişi böyük idi, istedadı, yaradıcı laboratoriyası, təfəkkür energetikasındakı emaletmə potensialı, ekstaz anı, yaratmaq vərdişi yox.
Fundamental MƏTNin, SƏNƏTin yaradılışında vəhdət təşkil edən qeyd etdiyim bu amillər Səməd Vurğunda böyük deyildi. Hətta deyərdim ki, son dərəcə darısqal idi, kiçik idi.

Ədəbi müstəvidə bunlar çox incə və ciddi mətləblərdi...

... Yeri gəlmişkən, elə bu məqamda misal olaraq hamının tez – tez adını çəkdiyi “Azərbaycan” şeirinə üz tutaq.

Müəyyən bədii ştrixlərin fonunda populizmdən, sentimental şüarçılıqdan, publisistik fikir harmoniyasından... başqa, nə var axı, “Azərbaycan” şeirinin mahiyyətində?

Gerçək sənəti, ədəbiyyatı ortaya qoyacaq YARADICI MAŞSTAB yoxdu, axı...

Niyə, “bütləşdirirsiniz” VƏ YA niyə “bütləşdirilməlidir” Kİ?

DİGƏR TƏRƏFDƏN, “hamı əzbər bilir”... “hamı sevir”... “sadə dildə yazıb”... faktları, detalları haçandan SƏNƏTin meyarı, təsdiqi, müəllifin YARADICI POTENSİALının göstəricisi olub?

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox...
Səməd Vurğunun adı çəkilən kimi ANCAQ çoxluq (kəmiyyət), eləcə də çoxluğun üzərindəki müəllifin duyğu manipulyasiyası faktı meydana gəlir (çünki yazdıqlarının gerçək üzü buna əsas verir), demək olar ki, Səməd Vurğunu hər zaman ANCAQ çoxluqla (kəmiyyətlə) şərh edirlər. Təbii ki, bu isə sənətkarlığın İSBATI yox, kütləviliyin, kütləvi olmağın təqdimlərindən biridir.

MƏSƏLƏN, Səməd Vurğun Salvador Dali ilə demək olar ki, eyni bir dövrdə yaşayıb. Dönün, Salvador Dalidəki (sənətə xas olan!) YARADICI MEXANİZMə baxın, sonra gəlin, Səməd Vurğunun yazdıqlarının mahiyyətinə baxın.

QEYD ETDİYİM bu nüansda məqsədim Səməd Vurğunu Salvador Dali ilə müqayisə etmək deyil. Əsla! Səməd Vurğun Salvador Dalidəki YARADICI POTENSİALla müqayisəyə belə gələ bilməz. Sadəcə, məgər Səməd Vurğun görmürdümü gerçək SƏNƏT... YARADICILIQ... müəllifdə YARADICI BLOKun varlığı nə deməkdi, necə olmalıdır... ƏGƏR varsa hansı şəkildə özünü əks etdirməlidir?.. Məgər görmürdümü...

... Bir sözlə, nəzmə çəkmək hələ yaradıcılıq nümayiş etdirmək, fundamental ədəbi təfəkkür ortaya qoymaq demək deyil.

KÜTLƏ TƏFƏKKÜRÜ İSƏ sənətkarlığı məsələnin nəzm, ahəng... hissəsində görür. Bu da yanlışlıqdan başqa heç nəyi ifadə etmir.

Emil Rasimoğlu
yazar

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

---

19-09-2024, 11:51

Bunlar çox incə və ciddi mətləblərdi... - Emil Rasimoğlu YAZIR

Siyasət

26-08-2024, 10:00

Bəxtiyar Vahabzadə mövzusuna yazdığım epiloqa SÖZARDI...

Siyasət

13-10-2024, 14:22

Üzü dönsün ayrılığın... - Aliyə Cavanşir YAZIR

Art

26-01-2026, 16:12

Ədəbiyyatın gerçək leytmotivi... - Emil Rasimoğlu YAZIR

Siyasət

14-09-2024, 11:51

Emil Rasimoğlu Əkrəm Əylisli və Şahbaz Xuduoğludan YAZIR

---

16-09-2024, 09:16

O pulu qoruya bilməyəcəyəmsə vətəni necə qoruyacağam? - KÖŞƏ

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 12:26
    Azad Füzuli – Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsi
  • Dünən, 12:14
    17 Oktyabr – Füzuli Şəhəri Günü: Tarixi Zəfərdən dirçəlişə doğru
  • 15-10-2026, 16:12
    Azərbaycan-Laos: ənənəvi dostluqdan əməkdaşlığa
  • 15-10-2026, 16:09
    17 Oktyabr – Füzuli şəhəri günü
  • 15-10-2026, 15:38
    17 Oktyabr – Füzulinin dirçəlişə açılan yolu
  • 14-10-2026, 17:42
    Vahid məktəbli forması — təhsil intizamının və bərabərliyin göstəricisi
  • 14-10-2026, 17:37
    HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏTÇİLİK STRATEGİYASINDA YERİ: GƏNCLİYİN MİLLİ MƏSULİYYƏTİ
  • 14-10-2026, 17:08
    Məktəblərdə vahid geyim formasının tətbiqi: bərabərlik, nizam-intizam və sağlam təhsil mühitinin təmin olunması
  • 14-10-2026, 17:05
    YAP-ın VIII Qurultayına həsr olunmuş toplantı keçirilib
  • 14-10-2026, 16:57
    MƏKTƏBDƏ VAHİD DƏYƏRLƏRİN VİZUAL İFADƏSİ: İDEOLOJİ TƏHLÜKƏSİZLİK VƏ SOSİAL BƏRABƏRLİK KONTEKSTİNDƏ
  • 14-10-2026, 16:52
    İdeoloji təhlükəsizlik və milli maraqlar: Müasir çağırışlar fonunda gəncliyin rolu
  • 14-10-2026, 16:48
    Azərbaycan ilə Kamboca arasında münasibətlərin inkişafı üçün yeni imkanlar
  • 14-10-2026, 16:43
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:38
    YAP Nərimanov rayon təşkilatı tərəfindən İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 14-10-2026, 16:29
    YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub
  • 14-10-2026, 16:23
    YAP Nərimanov rayon təşkilatı tərəfindən Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında çıxışından irəli gələn vəzifələr ilə bağlı Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib.
  • 13-10-2026, 18:22
    Məktəb geyimi – təhsil mədəniyyətinin və milli dəyərlərin tərkib hissəsi
  • 13-10-2026, 18:21
    AZƏRBAYCANIN SABAHINA APARAN YOL
  • 13-10-2026, 16:45
    Azərbaycanın xarici siyasətində Asiya istiqaməti və Kamboca ilə əməkdaşlığın əhəmiyyəti
  • 13-10-2026, 16:41
    Təhsildə vahid yanaşma və sağlam məktəb mühiti dövlətçilik dəyərlərinin tərkib hissəsidir
  • 13-10-2026, 16:30
    Məktəbli geyimi – təhsil mühitində vahidlik, nizam-intizam və milli dəyərlərin ifadəsi
  • 13-10-2026, 16:17
    Azərbaycan–Kamboca münasibətləri: əməkdaşlığın yeni istiqamətləri və inkişaf perspektivləri
  • 13-10-2026, 16:11
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 16:06
    Azərbaycan və Kamboca arasında iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivləri
  • 13-10-2026, 15:53
    Azərbaycan və Kamboca arasında əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər yaradır
  • 13-10-2026, 15:48
    “Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.- Prezident Ali Baş Komandan İlham Əliyev
  • 13-10-2026, 15:39
    İdeoloji təhlükəsizlik milli dövlətçiliyimizin və gələcəyimizin əsas təminatıdır
  • 13-10-2026, 15:36
    Milli-mənəvi dəyərlərin yaşadılması və qorunması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindəndir
  • 13-10-2026, 15:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Güclü dövlət, milli birlik və davamlı inkişafın siyasi təminatı
  • 13-10-2026, 15:14
    Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq imkanları
  • 13-10-2026, 15:07
    Məktəb mühitində vahid geyim mədəniyyəti və məsuliyyət prinsipləri
  • 13-10-2026, 14:54
    Strateji prioritetlər Azərbaycanın qarşısındakı hədəfləri daha aydın göstərir
  • 13-10-2026, 14:44
    Vahid məktəbli formasının üstünlükləri nələrdir?
  • 13-10-2026, 14:40
    Azərbaycan-Kamboca münasibətləri: Yeni inkişaf mərhələsində bizi nələr gözləyir?
  • 13-10-2026, 14:20
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Yeni dövrün çağırışları və tarixi missiyası.
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə