“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacib əhəmiyyətə malikdir”.
Onews.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.
“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı praktiki mərhələnin başladığını müşahidə edirik. Bu, regional sabitlik üçün vacib əhəmiyyətə malikdir”, - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Rusiya delimitasiya ilə bağlı bütün məsələlərin müstəsna olaraq siyasi-diplomatik metodlarla həllinə tərəfdardır:
“Rusiya üçtərəfli razılaşmalar əsasında tərəflərə delimitasiya ilə bağlı öz konsultativ yardımını göstərməyə hazırdır”.
Fuad