"Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyası Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyi dayandıracaq".
Onews.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban qeyd edib.
Nəşrin yazdığına görə, Viktor Orban Macarıstan dövlət radiosuna müsahibəsində atəşkəsin dərhal elan edilməli olduğunu, Ukraynanın artıq döyüşü uduzduğunu vurğulayıb.
Macarıstanın baş nazirinin sözlərinə görə, amerikalılar bu müharibədən çəkilmək niyyətindədirlər, Trampın yenidən seçilməsi Avropa üçün “yeni vəziyyət” yaradıb və qitə “yalnız bu müharibəni maliyyələşdirə bilməz”.
Elgiz