Gürcüstanın paytaxtı Tbilisidəki Tskneti polis idarəsinin əməkdaşı gecə saatlarında evinin yaxınlığında güllələnib.
Onews.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi təstiqləyib.
Məlumata əsasən, polis əməkdaşı aldığı güllə yarası ilə klinikaya çatdırılıb, onun vəziyyəti qənaətbəxş hesab olunur.
Nazirlikdən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma 117-ci və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə və saxlama) maddələri ilə istintaq başlayıb.
Fuad