Ermənistanın baş naziri Nikol Paşinyanın idarəetmədə islahatlara başlaması təsadüfi deyil.
Nikol Vovayeviç indiki dəyişiklik həmlələri ilə ölkəsini konstitusiya islahatlarına hazırlayır. İrəvandakı hakimiyyət başa düşür ki, Bakı və Ankaranın təzyiqlərinə daha çox davam gətirə bilməyəcək.
Ona görə də ana qanuna dəyişikliklər prosesində özünə qarşı təhlükə yarada biləcək "milli etirazçı füqurlar"a idarətmə qapılarını bağlayır. Başqa formada ifadə etsək, həmin maneələri aradan qaldırır. Paşinyanın vəzifəyə təyin etdiyi şəxslərin bir çoxu isə ya təcrübəsiz, ya da səriştəsi az olan gənclərdir.
Bu cür "köksüz" füqurlarla işləmək küçədən böyük siyasətə atılmış Nikol üçün daha asan və rahat olacaq. Düşünürəm ki, qadınların dilindən anlayan erməni baş nazir onların Avropda təhsil almasını da nəzərə alır.
Əksər xanım idarəçilərin ən azı iki illik Avropa təhsili var.
Bu durumda müdafiə naziri postunun da bir qadına həvalə edilməsi mümkündür.
Sona Əliyeva
V çağırış Milli Məclisin deputatı
Onews.az