"Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində Türkiyənin maraqlarını bir daha Kreml sahibinin diqqətinə çatdırıb".
Bunu Onews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq düşünür ki, ilk növbədə Türkiyə Suriyanın ərazi bütövlüyünü tanımaqla yanaşı bu ölkədə PKK və onun törəmələri ilə mübarizəni davam etdirəcək:
"İkincisi, Ərdoğan Suriyadakı son hadisələr fonunda dinc sakinlərin zərər görməməsi vacibliyini bildirib. Ərdoğan bunları ona görə Putinin diqqətinə çatdırıb ki, Kreml təmasda olduğu PKK-nın Suriyadakı törəmə təşkilatlara yerlərini bildirsin və Rusiya yaxın keçmişdə olduğu kimi Suriyadakı müxalif qüvvələrin nəzarət etdiyi şəhərləri ağına-bozuna baxmadan bombalamasın, bu halda dinc sakinlər həlak olurlar. Putindən tələb olunan Bəşəri Əsədi Rəcəb Tayyib Ərdoğanla qeyd-şərtsiz dialoqa təşviq etməkdir. Hazırda Əsəd Ərdoğana şərt irəli sürmək durumda deyil".
Fuad Süleyman