İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivand güclü meşə yanğınları ilə mübarizədə ölkəsinin ABŞ-a yardım etməyə hazır olduğunu dilə gətirib.
Onews.az-ın xəbərinə görə, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Birləşmiş Ştatların Kaliforniya ştatında baş verən yanğınlardan dərin təəssüf hissi keçirdiyini söyləyib.
O, İranın təbii fəlakətlərlə mübarizədə təcrübəli mütəxəsisslərinin olduğunu bildirib və Qızıl Aypara Cəmiyyətinin bu prosesdə ABŞ-a dəstək verməyə hazır olduğunu qeyd edib.
Banu