Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.
Onews.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.
“Yanvarın 20-də Baş nazir Viktor Orban Macarıstanın Aİ Şurasına sədrliyinin nəticələrini qiymətləndirmək üçün Budapeştdə konfransda çıxış edəcək”, - deyə Havaşi bildirib.
Rauf