“Türk Hava Yolları” (THY) aviaşirkəti Suriyanın paytaxtı Dəməşqə uçuşlara başlayacaq.
Onews.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Aviaşirkət Dəməşqə ilk reysi yanvarın 23-də edəcəyini açıqlayıb.
Qeyd edək ki, Dəməşqə həftədə 3 reys nəzərdə tutulur.
Xatırladaq ki, Türkiyə ilə Suriya arasında uçuşlar 2012-ci ildə dayandırılıb.