"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurmaqla böyük bir coğrafiyaya çıxışdan özünü məhrum edir".
Onews.az-ın xəbərinə görə, bunu erməni blogger və aktivist Ani Sahakyan deyib.
Ani Sahakyanın fikrincə, Nikol Paşinyan hökuməti buraxdığı bu səhvi redaktə etməlidir:
"Əks halda Ermənistanın iqtisadi durumu daha da pisləşəcək. Axı, bizim Qərblə böyük iqtisadi dövriyyələrimiz yoxdur?! KTMT ilə əksinə, yaxşı iqtisadi münasibətlərimiz mövcudur və onun keçmişə dayanan kökləri var".
Banu