ABŞ dövlət katibi Marko Rubio bütün xarici yardımların dondurulması ilə bağlı tapşırıq verib.
Onews.az xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu addım Prezident Donald Trampın verdiyi müvafiq Fərmanın icrası məqsədilə atılıb.
Rubio tərəfindən təsdiqlənən sənəddə bildirilir ki, mövcud xarici yardımlarla bağlı qərar dərhal həyata keçiriləcək və dövlət katibi nəzərdən keçirənə qədər qüvvədə qalacaq.
Fuad