Sum Dövlət Universitetinin binası Rusiya hücumu nəticəsində dağıdılıb.
Onews.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu əvvəlcə ballistik raketlərlə, sonra isə PUA-larla zərbələr endirib. Nəticədə universitetin bir binası dağılıb.
Hadisə zamanı xəsarət alan və ya həlak olan olmayıb. Universitet əməkdaşları hazırda binadan bahalı avadanlıqları çıxarırlar.
Rauf