Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb.
Onews.az-ın məlumatına görə, Nazirlikdən bildilib ki, Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Akşin Ziyadov öz arzusu ilə tutduğu vəzifədən azad edilib.
Bundan əlavə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova da öz arzusu ilə tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Akşin Ziyadovun işdən çıxması barədə xəbəri ilk olaraq "Qaynarinfo" saytı verib