"ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq".
Onews.az[/b] xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Ukraynanın dövlət başçısının sözlərinə görə, müəyyən məhdudiyyətlər mövcuddur:
"Ona görə də məsələgə ətraflı və hərtərəfli baxmaq lazımdır. Humanitar proqramlara 90 günlük məhdudiyyət var. Bilirəm ki, dünyada əvvəllər ABŞ hökuməti tərəfindən dəstəklənən çoxsaylı institutlar var. Mən hərbi yardıma fokuslanmışam, o dayandırılmayıb".