Yaxşı yadımdadır, Onun məhz bu mundirli fotosu - təcrübəsini və dəmir intizamını ifadə edən şəkli kənddəki evimizin divarından asılmışdı...SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyindən uzaqlaşdırılmasına və Bakıda yaşamasına imkan verilməməsinə qədirbilən Naxçıvan camaatı da ellikcə bu böyük oğlunun fotolarını böyütdürüb evlərindən, avtomobillərindən asmaqla, onun arxasında bir Ordutək durmağa hazır olduğunu hər kəsə göstərməklə cavab vermişdi...
Dar günündə mərd və məğrur camaatımız onun, o da ölkənin ən çətin anlarında bütün Azərbaycan xalqının dadına, köməyinə yetdi...
Heydər Əliyevin görmək istədiyi, arzuladığı Azərbaycan isə məhz indikiydi - işğaldan azad edilmiş, Qarabağı düşmənlərdən tamamilə təmizləmiş, dünya siyasətində öz rolu və yeri olan, bütöv və qüdrətli, gerçək müstəqil Azərbaycan!
Nə xoş o atanın halına ki, onun arzuladıqlarını, yarımçıq qalmış işlərini həm də oğlu həyata keçirməyi, tamamlamağı bacardı!
Doğum günündə mərhum Heydər Əliyevi - bu siyasət və idarəetmə ustadını dərin minnətdarlıq və ehtiram hissiylə anırıq!
Əminik ki, ən böyük azərbaycanlının indi bütün ölkə üzərində dolaşan ruhu şaddır!
Elxan Şükürlü
Politoloq
Onews.az