"Hazırda Milli Bankın kifayət qədər valyuta ehtiyatları var. Üstəlik, neftin dünya bazar qiyməti də yüksəkdir. Amma gələcəkdə manatın üzən məzənnə siyasətinə keçib-keçməyəcəyi haqqında fikir bildirmək indidən çox çətindir". Bunu
Onews.az-a açıqlamasında Milli Məclisin deputatı
Vahid Əhmədov deyib.
Millət vəkili bildirib ki, indiki halda manatın dollara nisbətdə ucuzlaşması ilə bağlı elə bir problem yoxdur:
"Ona görə ki, bu siyasəti Mərkəzi Bankın özü yürüdür. Hesab edirəm ki, nə qədər imkan var, manatın hazırkı məzənnəsini qoruyub saxlamaq mümkündür. Əgər üzən məzənnə siyasətinə keçilsə, bu insanların həyat və şəraitinə də öz təsirini göstərəcək".
Fuad Süleyman