Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində oğurluq hadisəsi baş verib.
Onews.az xəbər verir ki, kəndin mərkəzində yerləşən "Magnit" mağazası gecə saatlarında növbəti dəfə qarət olunub.
Əldə olan məlumata görə, oğurluq edən şəxslər mağazanın ön şüşəsini sındıraraq içəri daxil olub və mağazadan əsasən alkoqollu içkilər oğurlayıblar.
Hadisə yerinə ekspertiza qrupu cəlb olunub, faktla bağlı istintaq başladılıb.
Qeyd edək ki, sözügedən mağaza bir il ərzində 6 dəfə eyni qayda ilə qarət edilib.
Fuad