"Türkiyə PPK və PYD terror qruplaşmalarının, eləcə də özünə, milli təhlükəsizliyinə təhdid gördüyü bütün yaraqlı birliklərin kökünün kəsilməsində israrlıdır".
Bunu Onews.az-a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.
Ekspertin sözlərinə görə, hazırda Türkiyə dövləti İraq və Suriyada məhz bu istəyini reallaşdırmaq üçün bütün imkanlarını səfərbər edib:
"Son həftələrdə Türk Ordusu PKK və PYD yaraqlılarına, onların törəmələrinə qarşı çox uğurlu əməliyyatlar həyata keçirib. Terrorizmin bu coğrafiyadan kökünü tam şəkildə kəsmədən türk əsgəri dayanmayacaq".
Banu Murad