Uzun illərdir diplomatiya sahəsində çalışan Mətin Mirzə yeni vəzifəyə təyin edilib.
Onews.az xəbər verir ki, o, bir müddət öncə Azərbaycanın İrandakı Səfirliyində müşavir vəzifəsində işə başlayıb.
Məlumatı Mətin Mirzənin özü də təsdiqləyib. O bu günlərdə səfirliyin müşaviri kimi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İranda keçirdiyi görüşlərə də qatılıb.
Xatırladaq ki, Mətin Mirzə mərhum Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğludur. O, 2000-ci illərin əvvələrində XİN-in mətbuat katibi olub.
Rauf