İstanbulun Bahçelievlər Bələdiyyəsi yeni salınan parka mərhum sənətçi Fərdi Tayfurun adını verib.
Onews.az-ın xəbərinə görə, bu gün adıçəkilən parkın açılışı baş tutub.
8 min 500 kvadratmetrlik parka Fərdi Tayfurun adının verildiyi bələdiyyə rəhbərliyi tərəfindən açıqlanıb.
Üzərində sənətçinin musiqilərindən məşhur ifadələrin yer aldığı "Xatirən yetər" adlı pankartın parka gətirilməsi ilə baş tutan açılış mərasimində 10 gün öncə dünyasını dəyişən müğənninin ailə üzvləri və dostları iştirak ediblər.
Banu