“Naxçıvanbank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib.
Onews.az xəbər verir ki, bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib.
Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır.
Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,6 milyon manat və ya 20,7% azalaraq 103,6 milyon manata enib. Ümumilikdə bankın öhdəlikləri təxminən 127,6 milyon manata bərabər olub ki, bu, ilin əvvəlinə nisbətən 16,6 milyon manat və ya 11,5% azalma deməkdir.
Türkay