Meksikanın ölkəmizdəki Səfirliyi “X” hesabı vasitəsilə Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib:
Onews.az-ın məlumatına görə, paylaşımda Meksikanın Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiq olduğu bildirilib:
“Biz Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir və ikitərəfli münasibətlərin möhkəmlənməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”, - paylaşımda qeyd edilib.
Turan