İranda prezident seçkilərinə namizədlərin adları Daxili İşlər Nazirliyinə göndərilib.
Onews.az xəbər verir ki, bu gün Nəzarət Şurasının (Şura-ye Negəhban) sözçüsü Hadi Təhan Nəzif prezident seçkilərində iştirak edəcək namizədlərin səlahiyyətlərinin yoxlanılmasının başa çatdığını açıqlayıb.
“Nəzarət Şurasında 14-cü prezident seçkiləri üçün namizədlərin səlahiyyətlərinin yoxlanılması başa çatdıqdan sonra, onların siyahısı Daxili İşlər Nazirliyinə göndərilib”, - deyə, o, əlavə edib.
Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölümündən sonra növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək. Habelə prezidentliyə namizədlərin qeydə alınması üçün son tarixdə 80 nəfər qeydiyyatdan keçib.
Fuad #İran #prezident_seçkiləri #namizəd