İkinci Dünya müharibəsi zamanı müqavimət hərəkatında iştirak etmiş və İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş həmvətənlərimizin xatirəsi anılıb.
Onews.az xəbər verir ki, İtaliyada fəaliyyət göstərən və sıralarında soydaşlarımızı birləşdirən Azərbaycan İcması Assosiasiyasının üzvləri Berqamo şəhərində ucaldılmış xatirə kompleksini ziyarət ediblər.
Onlar italyanlarla çiyin-çiyinə döyüşən azərbaycanlıların əziz xatirəsini anıb, abidə önünə üçrəngli Bayrağımızın əks olunduğu əklil qoyublar.
Elgiz