Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Onews.az-a verilən məlumata əsasən, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.
Bəzi şərq rayonlarında hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb. Düşən yağıntının miqdarı Şamaxıda 2 mm, Şəki, Qobustan, Şahdağ, Astarada 1 mm-dək olub. Qar örtüyünün hündürlüyü Qrız, Ordubadda 2 sm-dir.
Bəzi yerlərdə qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Tovuz, Ceyrançöldə 20 m/s, Naftalan, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.
Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Qax, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Banu