Beyləqanda güllələnmə hadisəsi baş verib.
Onews.az-ın xəbərinə görə, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb.
M.Bayramov Bakı şəhərində yaşayır, Kənd Təsərrüfatı Nazirliyində çalışırmış.
O, Beyləqana qardaşının evinə qonaq gedibmiş.
Ailəli olub, iki övladı var.
Fakt araşdırılır.