Başqırdıstanda (Rusiya) turist avtobusunun qəzaya uğraması nəticəsində 20-dən çox insan xəsarət alıb.
Onews.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Ayrat Raxmatullin məlumat verib.
Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin məlumatına görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Qeyd olunub ki, avtobusda 43 sərnişin, o cümlədən yeddi uşaq olub.
Banu