Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsində (Oskar Əfəndiyev küçəsi ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyə qədər olan hissədə) sentyabrın 9-dan saat 15:00-dan etibarən təmir işlərinə başlanılacaq.
Bu barədə Onews.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Təmir işləri ilə əlaqədar olaraq göstərilən küçə üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.