Türkiyədə bələdiyyə sədrinin qolları qandallanıb.
Onews.az xəbər verir ki, Türkiyədə DEM partiyasının üzvü, Hakkari bələdiyyə sədri Mehmet Sıddık Akış "PKK/KCK"-ya üzv olmaq, terrorçuların dəfn mərasimləri kimi aksiyalar təşkil edərək insanları iştiraka məcbur etmək maddələri ilə saxlanılıb.
O, terror təşkilatı üzvlərini evində qonaq etmək, vətəndaşlardan vergi adı ilə pul tələb etmək, "PKK" ilə hədələmək ittihamlarına görə dəmir barmaqlıqlar arasına göndərilib.
Fuad