• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə

Məhz Şuşanı aldıqdan sonra... - Şükürlü YAZIR

Siyasət

13-01-2025, 17:00
Məhz Şuşanı aldıqdan sonra... - Şükürlü YAZIR

Bizi 200 illik bir problemdən qurtuluşa götürən, haqqını və azadlığını savaşla qorumağı bacaran qürurlu və cəsur xalqlar sırasına qoşan Zəfər yolumuz 4 il əvvəlin 8 noyabrında Şuşanı düşməndən azad etməyimizlə açılmışdı!

Məhz Şuşanı aldıqdan sonra düşmən önümüzdə diz çökmüş, üzərinə təslimçi öhdəliklər götürməklə, məlum Üçtərəfli Atəşkəs Razılaşmasını imzalmağa məcbur qalmışdı!

...Şuşanın işğaldan azad edilməsi və ondan sonra yaşananlar, nədənsə, mənə həmişə İslam tarixindəki məşhur “Xeybər qalaları”nın fəthi hadisəsini xatırladır.

Mədinənin, təxminən, 150 kilometrliyində və Şama gedən əsas ticarət yolunun üzərində yerləşmiş “Xeybər qalaları”nda məskunlaşan yəhudilər o vaxt yenicə təşəkkül tapan İslamın yayılmasındakı əsas maneələrdən və fitnə-fəsad yuvlarından birinə çevrilmişdi.

628-ci ildə Peyğəmbərimizin (s.) özünün başçılığıyla “Xeybər qalaları” uğrunda döyüş başladı və bu qalaların fəthiylə də, yəhudilərin canlarına qorxu düşdü, onlar üzərlərinə təslimçi öhdəliklər götürməklə, Peyğəmbərimizlə (s.) sülh sazişi imzalamağa, müsəlmanların Şama gedən yolunu açmağa məcbur qaldılar...

Bu böyük fəthin müjdəsini isə əziz Peyğəmbərimiz (s.) öncədən – hələ Hüdeybiyyədə müşriklərlə müqavilə imzaladıqdan sonra almışdı...

Həmin vaxt nazil olan “Fəth” surəsinin ilk ayələrində Ümmət Başçısına (s.) xitabla bu möhtəşəm çağırış vardı: “Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah bununla sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcək. Allah sənə yenilməz qələbə verəcək”!

Dostlar, inanın, bizim 4 ildir böyük coşğu və təntənəylə qeyd etdiyimiz misilsiz Qarabağ zəfərimizin kökündə də, bir tərəfdən, şəhidlik yoluna çıxmış əsgər və zabitlərimizin heyrətamiz şücaəti, xalqımızın mütəşəkkil davranışı və Prezident İlham Əliyevin Ali Baş Komandan kimi əzmkarlığı, qətiyyəti və doğru qərarları durursa, o biri tərəfdən də, bütün bunların təməlində, ilk növbədə, analarımzın dualarını eşidən qüdrətli Allahın iradəsi yatır!

O Allahın ki, bu zəfərlə ölkənin rəhbərindən tutmuş ən sıravi vətəndaşınadək, bizim keçmiş günahlarımızı bağışlamaq, bizi bir xalq olaraq doğru yola yönəltmək və o yolda da sabitqədəm etmək istəyir!

Yetər ki, hamılıqla bunu anlayaq, ayılaq, geriyə baxaq, keçmiş səhvlərimizdən nəticə çıxaraq, hamılıqla əl-ələ verməklə övladlarımızın, gələcək nəsillərimizin dinc və xoşbəxt yaşadığı, müharibələrin olmadığı, anaların və körpələrin gözüyaşlı qalmadığı gözəl, yalnız ədalətin hakim olduğu firavan bir ölkə, cəmiyyət quraq!

Yox, əgər bunu anlamayacaq, qələbədən başımız gicəllənəcək, eyforiyaya qapılacaq və təkəbbürə yol verərək yenə də müharibədən əvvəlki halımıza dönəcəyiksə, inanın, bu dəfə Allah bizi bağışlamayacaq və qəzəbindən də qurtuluş olmayacaq!

Bizi yenidən yaradan, gözlərimizi və könlümüzü açan, şükrümüzü artıran möhtəşəm Zəfər Günümüz mübarək!

Allah millətimizin və ümmətimizin qələbələrini daimi, bizi isə bağışladıqlarından və qəzəbinin tutmadığı kəslərdən etsin!

Elxan Şükürlü
Politoloq
Onews.az

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

5-01-2025, 11:06

Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir?

Gündəm

8-11-2024, 09:00

Zəfər Günü: Şanlı qələbəmizdən 4 il ötür!

Gündəm

9-11-2024, 12:47

COP29-la əlaqədar 57 avtobusun hərəkət sxemi dəyişdirilir

Araşdırma

12-09-2025, 10:03

Şahın sürgün etdiyi, Rəsulzadənin Türkiyədə tanıtdığı şair kimdir?

Art

12-09-2025, 17:55

Saatım indi Murat Menteşə işləyir…

Art

8-01-2025, 20:44

Qazaxlı aşığa cavab - Tural Turan YAZIR

Araşdırma
Doxsanların ən dəhşətli zəlzələsi:
Doxsanların ən dəhşətli zəlzələsi: Onlarla insanın aqibəti necə oldu?
Unudulan iki söz:
Unudulan iki söz: Onlara niyə sahib çıxmırıq?
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından
Keçəllərin pirə çevirdiyi mağara: Sevgisi nakam çobanın başından necə tük çıxdı?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Davamlı yuxusuzluq sindromundan necə qurtulmaq olar?
Biznes
COO platformasına “Startap” şəhadətnaməsi verilib
10-08-2026, 16:48
COO platformasına “Startap” şəhadətnaməsi verilib
Pensiya kapitalı nə qədər artırıldı?
12-02-2026, 09:58
Pensiya kapitalı nə qədər artırıldı?
Nobel mükafatçısı türk lirəsindən
3-02-2026, 18:26
Nobel mükafatçısı türk lirəsindən DANIŞDI
Bakı nefti ucuzlaşdı
27-01-2026, 15:13
Bakı nefti ucuzlaşdı
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? -
17-01-2026, 08:50
Rus iqtisadiyyatı çökür, Kreml hansı addımı atacaq? - Öztürk AÇIQLAYIR
Dollar bu gün neçəyə satılır?
3-01-2026, 22:56
Dollar bu gün neçəyə satılır?
Son xəbərlər
  • Dünən, 16:38
    YAP-ın VIII Qurultayı – yeni mərhələnin prioritetləri
  • Dünən, 16:28
    Dövlətçilik və milli həmrəyliyin yeni inkişaf mərhələsi
  • Dünən, 15:26
    YAP-ın VIII Qurultayı: tarixi irsdən müasir çağırışlara doğru
  • Dünən, 15:14
    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Azərbaycanın yeni siyasi mərhələsinin mühüm hadisəsi
  • Dünən, 14:59
    YAP-ın VIII Qurultayı Azərbaycanın strateji prioritetlərini ön plana çıxarır
  • Dünən, 14:49
    Müstəqilliyin möhkəmləndirilməsi yolunda yeni siyasi mərhələ
  • 4-10-2026, 19:39
    4 Oktyabr – Cəbrayıl şəhəri günü
  • 4-10-2026, 15:04
    Yeni Azərbaycan Partiyasının VIII qurultayı: Yeni "Yol xəritəsi" nələrdir?
  • 4-10-2026, 14:29
    Yeni Azərbaycan Partiyasının VIII qurultayı: Yeni "Yol xəritəsi" nələrdir?
  • 4-10-2026, 14:26
    4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür
  • 4-10-2026, 14:25
    27 Sentyabr – Anım Günü
  • 1-10-2026, 15:57
    Cəbrayılın azadlığı: Zəfərdən Böyük Qayıdışa uzanan yol
  • 1-10-2026, 15:47
    4 Oktyabr – Cəbrayıl Şəhəri Günü
  • 1-10-2026, 15:09
    Cəbrayılın yeni həyatı – Zəfərdən quruculuğa uzanan yol
  • 1-10-2026, 14:47
    Cəbrayıl – tarixi yaddaşdan Böyük Qayıdışa
  • 1-10-2026, 14:37
    Cəbrayılın azadlığı – Zəfər tariximizin parlaq səhifəsi
  • 1-10-2026, 14:13
    Cəbrayılın Zəfər günü
  • 30-09-2026, 16:47
    3 OKTYABR 1993: AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİNYENİ İNKİŞAF MƏRHƏLƏSİ
  • 30-09-2026, 16:37
    Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu
  • 30-09-2026, 16:33
    3 oktyabr 1993-cü il – Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi
  • 30-09-2026, 16:30
    3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi
  • 30-09-2026, 16:23
    Heydər Əliyevin siyasi qayıdışı və Azərbaycanın sabitlik mərhələsi
  • 30-09-2026, 16:12
    Dövlətçilik tariximizin dönüş nöqtəsi: 3 oktyabr 1993-cü il
  • 30-09-2026, 15:57
    3 oktyabr 1993-cü il – Azərbaycanın taleyində mühüm gün
  • 30-09-2026, 15:52
    3 Oktyabr: Milli Dövlətçiliyinin yeni mərhələsinin başlandığı gün...
  • 30-09-2026, 15:47
    Yeni Qlobal İqtisadi Memarlıq və Azərbaycanın Davamlı İnvestisiya Strategiyası.
  • 29-09-2026, 16:07
    Dayanıqlı iqtisadi inkişafın əsas istiqamətləri: enerji, logistika və yeni investisiyalar
  • 29-09-2026, 16:03
    Azərbaycanın gələcəyinə investisiya: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda əsas mesajlar
  • 29-09-2026, 16:00
    İNVESTİSİYA MƏSƏLƏSİNƏ YENİ BAXIŞ: BAKIDAN VERİLƏN MESAJLARIN İQTİSADİ MƏNASI
  • 29-09-2026, 15:52
    Bakıdan dünyaya açılan yeni iqtisadi əməkdaşlıq imkanları
  • 29-09-2026, 15:49
    Azərbaycanın investisiya siyasətində yeni inkişaf mərhələsi
  • 29-09-2026, 14:41
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Yeni iqtisadi gözləntilər nələrdir?
  • 29-09-2026, 14:37
    Azərbaycan investisiya üçün yeni imkanlar və etibarlı tərəfdaşlıq məkanıdır
  • 29-09-2026, 14:26
    Azərbaycanın tranzit imkanları regional iqtisadi əməkdaşlığa yeni dinamika gətirir
  • 28-09-2026, 10:25
    27 Sentyabr – Anım Günü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 377 67 55
  • [email protected]
  • Bakı şəhəri
  • Siyasət
  • Gündəm
  • Biznes+
  • Eksklüziv
  • Müsahibə
  • Art
  • Araşdırma
  • Təhsil
  • Köşə
Müəllif hüquqları qorunur. Onews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə