11-ci çağırış parlamentin ilk iclasının keçirilməsinə etiraz edən aksiya iştirakçıları etiraz əlaməti olaraq qanunverici orqanın binasına yumurta atıblar.
Onews.az xəbər verir ki, parlamentin girişində toplaşan aksiya iştirakçıları, zurna və müxtəlif şüarlar səsləndirərək parlamentin ilk iclasının keçirilməsinə etiraz etməyə davam edirlər.
Əraziyə cəlb olunan Daxili İşlər Nazirliyinin əməkdaşları kordon yaradaraq aksiya iştirakçılarına parlamentin əsas girişinə yaxınlaşmağa imkan vermirlər.
Elgiz